çin. Qīnchá
Vətəni Altayın şimal-qərbindəki Çjeylen vadisi hesab olunan qədim türk xalqı.
Monqoloid irqinə mənsub Q.-ın (kumanların, yaxud poloveslərin) bu ərazidə yaşadıqları barədə məlumata e.ə. 203-cü ilə aid Çin xronikasında rast gəlinir (xronikada onlar “küyeşe”, “tszyüşe” adı ilə xatırlanırlar). Əsasən, köçəri maldarlıqla məşğul olan həmin xalq eramızın VI–VII əsrlərində Orxon və İrtış çayları hövzəsinə köç edib. Q. etnonimi ilk dəfə məhz bundan sonra – VIII əsrə aid Selevkin kitabələrində qeydə alınıb. IX–X əsrlərdə Q. Tyan-şan dağlarının ətəklərindən Dunay və Volqaya qədər geniş bir ərazidə məskunlaşıblar, ərazinin özü isə Dəşt-i Qıpçaq adlanıb. Q.-lar üç qrupa – ağqıpçaq, qaraqıpçaq və sarıqıpçaqlara bölünüblər. Onlar bir çox türk xalqlarının (qazax, qırğız, özbək, başqırd, türkmən, balkar, tatar, qaraçay və b.) təşəkkülündə mühüm rol oynayıblar, habelə azərbaycanlıların etnogenezində iştirak ediblər. Q. Azərbaycana ilk dəfə VIII əsrdə xəzərlərin tərkibində gəliblər. IX–XI əsrlərdə şimaldan Cənubi Qafqaza köç etmiş türk tayfalarının əksəriyyətini də onlar təşkil ediblər. XI–XIII əsrlərdə Q. rus torpaqlarına və Bizans imperiyasına qarşı saysız-hesabsız yürüşlərin iştirakçıları olublar. Monqol yürüşləri başlandıqdan sonra Q.-ın bir hissəsi Qızıl Ordanın tərkibinə qatılıb, digər hissəsi Macarıstana köç edərək orada yerli əhali ilə qaynayıb-qarışıb.
Həmçinin bax:
Tarix terminləri lüğəti