yun. èthnos – xalq, tayfa + genesis – mənşə
Müxtəlif etnik komponentlər əsasında yeni etnik birliyin (etnosun) təşəkkülü prosesi; etnik tarix.
E. hər hansı xalqın yaranmasının həm ilkin mərhələlərini, həm də onun etnoqrafik, linqvistik və antropoloji xüsusiyyətlərinin formalaşması proseslərinin sonrakı dövrlərini əhatələyir. Müasir elm E.-in əsas mexanizmlərini müəyyənləşdirib: inteqrasiya (yeni etnos müxtəlif etnik qrup və ya tayfaların birləşməsi yolu ilə yaranır); diferensiasiya (böyük etnosun bir hissəsi ondan qoparaq yeni etnik birlik şəklində formalaşır və ya böyük etnos bir neçə hissəyə parçalanır); transformasiya (keçmiş etnos yeni tarixi şəraitdə müxtəlif etnik birlikləri assimilyasiya edərək özü də keyfiyyətcə yeni etnosa çevrilir).
Həmçinin bax: