Reklam
Reklam

Tarix terminləri lüğəti

nəstəliq

XIV əsrin sonunda nəsxtəliq xətlərinin sintezi nəticəsində yaranmış və adını da buradan götürmüş ərəb əlifbası ilə yazılan bədii xətt növü.

N.-in məşhur xəttat Mirəli Təbrizi tərəfindən yaradıldığı güman edilir. N. XV–XVI əsrlərdə, əsasən, İran və Azərbaycanda yayılıb, ondan əlyazmaların üzünün köçürülməsində, məktubların və digər sənədlərin yazılmasında, həmçinin gümüş, bürünc və s. qiymətli metallardan hazırlanan qabların, bəzək əşyalarının tərtibatında, XVII əsrin əvvəlindən isə ən geniş dairələrdə istifadə edilib.

Tarix terminləri lüğəti