Reklam
Reklam

Tarix terminləri lüğəti

təliq

ər. – əlaqələndirmə, bağlama

Ərəb əlifbası ilə yazılan əsas bədii xətt növlərindən biri.

T. XIV əsrdə toqirüqə xətlərinin əlaqələndirilməsi nəticəsində meydana çıxdığından belə adlanır. Onun yaradıcısı İran xəttatı Salman İsfahani sayılır. Sürətlə yazmağa imkan verən T. sonrakı dövr xəttatlıq sənətinin inkişafında böyük rol oynayıb.

Tarix terminləri lüğəti