Reklam
Reklam

Tarix terminləri lüğəti

mixi yazı

Təqribən e.ə. 3000-ci ildə Şumerdə yaranmış və Ön Asiyada geniş yayılmış ən qədim yazı növlərindən biri.

İdeoqrafik yazı onun mənbəyi hesab edilir. Şumerlər müəyyən anlayışları bildirmək üçün daş və ya çiy gil üzərinə basma üsulla mıxabənzər işarələr çəkməyə başlayıblar. M.Y.-nın adı da buradan götürülüb, onun müxtəlif növləri olub: kitabələr öncə sağdan-sola şaquli şəkildə, sonra isə soldan-sağa üfüqi formada yazılıb. Şumerlərakkadlarla yanaşı, M.Y.-dan elamlılar, xettlər, hürrilər, finikiyalılar, urartulular və başqa xalqlar da istifadə ediblər. Bu yazı ilə çoxlu mətnlər (məs.: Bisütun kitabəsi) günümüzədək gəlib çatıb. Fonetik əlifbalar yarandıqdan sonra M.Y. əhəmiyyətini itirib.

Tarix terminləri lüğəti