Reklam
Reklam

Tarix terminləri lüğəti

şumerlər

şum. sag-gig-ga – “qarabaşlılar”

Cənubi Mesopotamiyanın qədim əhalisi.

Ş. bəşər tarixində ən qədim sivilizasiyalardan birinin – Mesopotamiya sivilizasiyasının yaradıcıları sayılırlar. Onlar şumer dilində danışıblar. Antropoloji cəhətdən Ş. Aralıq dənizi və Balkan-Qafqaz irqlərinə aid edilirlər. Ehtimala görə, onlar yaşadıqları ərazinin avtoxton əhalisi olmasalar da (Ş.-lərin etnik mənşəyi hələ də dəqiq müəyyənləşdirilməyib), artıq e.ə. V minillikdə burada məskunlaşıblar. E.ə. III minilliyin ortalarında Ş.-in şərqi sami tayfaları – akkadlarla qaynayıb-qarışması prosesi başlayıb. E.ə. II minilliyin I yarısında bu proses Ş.-in tamamilə akkadların tərkibinə daxil olması ilə nəticələnib. Buna baxmayaraq, e.ə. II–I əsrlərədək şumer dili Mesopotamiyada elm və dini mərasimlər dili olaraq qalıb. Ş. ilk yazı sistemi olan mixi yazını yaradıblar. Şumer mədəniyyəti Yaxın Şərqin bir çox xalqlarının mədəniyyətlərinin inkişafı üçün bünövrə rolunu oynayıb.

Tarix terminləri lüğəti