Reklam
Reklam

Tarix terminləri lüğəti

magistrat

lat. magistratus – hakimiyyət, əyan, rəis

Rusiyada şəhər silki idarəçilik orqanı.

M. 1720-ci ildə yaradılıb. İlk dövrdə onlar məhkəmə, polis, təsərrüfat və maliyyə məsələləri ilə məşğul olub, 1727-ci ildə ratuşaya çevrilib, 1743-cü ildə yenidən, daha məhdud səlahiyyətlərlə (məhkəmə və dövlət vergilərinin bölgüsü) bərpa edilib. 1775-ci ildə M.-lar şəhər silkləri üçün quberniyaqəza məhkəmələrinə çevrilib. 1785-ci ildən şəhər özünüidarə sisteminin tərkibinə daxil olan M.-lar, əsasən, məhkəmə qurumu kimi fəaliyyət göstərib və 1860-cı illərdə Rusiyada məhkəmə islahatı gedişində tədricən ləğv edilib.

Tarix terminləri lüğəti