Yalnız bənzəyən və bənzədilənin əsasında qurulan təşbeh.
Buna örtülü təşbeh də deyilir; məsələn:
Camalın günəşdir, qəmərdir üzün,
Şəkərdir dəhanın, şirindir sözün. (M.P.Vaqif)
Nümunədə dörd mükəmməl təşbeh işlənib. Məsələn, “camalın günəşdir” ifadəsində birinci söz bənzəyən, digəri isə bənzədiləndir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti