Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

müfəssəl təşbeh

Bənzəyən, bənzədilən, bənzətmə qoş­ması və bənzətmə əlamətinin yer aldığı təşbeh.

Mə­sələn: “Oğlan dayanıb güzgü qırıqları kimi parıldaşan ulduzlara tamaşa edirdi...” (S.Əhmədov) Burada təşbehin yara­dıl­masında iştirak edən bütün elementlər vardır: “ulduz” bənzəyən, “güzgü qırıqları” bənzədilən, “kimi” bənzətmə qoşması, “parıldaşan” isə bənzətmə əlamətidir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti