Reklam
Reklam

Tarix terminləri lüğəti

kastalar

port. casta – icma, nəsil < lat. castus – təmiz

Mifik ümumi əcdada malik və aralarında təmasları məhdudlaşdırılan insan qrupları.

Belə endoqam qrupların nümayəndələri arasında nikahlar yasaq olunur, onların bir-biri ilə əlaqələri minimuma endirilir. Ayrı-ayrı K. fərqli peşə sahələri ilə məşğul olur. K. üzrə bölgünün təzahürlərinə bir sıra qədim və orta əsr dövlətlərində (Qədim Misir və İranda imtiyazlı kahinlər, Yaponiyada samuraylar silki və s.) rast gəlinsə də, kasta təşkilatı yalnız Hindistanda cəmiyyətin həyatında mühüm rol oynayan bitkin sosial sistemə çevrilib. Bu həmin sistemin hinduizm dini təliminin mühüm elementi olması ilə əlaqədardır. Hər kastanın hüquqları onun iyerarxiyada tutduğu yerlə müəyyənləşir. Kasta iyerarxiyasının ən yüksək pilləsində brahmanlar və hərbi-əkinçilik K.-ı durur, sonra tacir-sələmçilər, daha sonra icarədar kəndlilər və sənətkarlar gəlir. Ən aşağı pillədə isə “toxunulmazlar” kastası yerləşir. 1950-ci il Hindistan konstitusiyasına görə, ölkədə K. sistemi ləğv olunub, bununla belə, ayrı-ayrı K.-a münasibətdə bir sıra məhdudiyyətlər hələ də qalır.

Həmçinin bax:

Tarix terminləri lüğəti