Etiqad edənlərin sayına görə dünyada ən böyük dinlərdən biri.
H. ardıcıllarının sayı əksəriyyəti (təxminən 95%-i) Hindistanda yaşayır. Bu din qədim sanskrit dilində “sanātana dharma” (əbədi din, əbədi yol) adlanır. H. termininin özü isə fars dilində “hindu” sözündən yaranıb: Hind çayından o tərəfdə yaşayanları farslar belə çağırıblar. H.-in kökləri e.ə. I minilliyə, veda dini və brahmanizmə gedib çıxır; onun qəti olaraq formalaşması isə eramızın I minilliyinin ortalarına təsadüf edir. Əslində, H. feodalizmə keçid dövründə dəyişən sosial şəraitlə əlaqədar brahmanizmdə baş vermiş daxili transformasiya nəticəsində yaranıb. Digər səmavi dinlərdən fərqli olaraq H.-in nə konkret banisi, nə də vahid inanclar sistemi və doktrinası var. İnsanların Allah qarşısında qeyri-bərabərliyinə dair təlim və kasta bölgüsünün ilahiləşdirilməsi bu dinin ən səciyyəvi cəhətləri sayılır. XX əsrdə H. Hindistanın hüdudlarından kənara yayılıb. Lakin bəzi adətlərinə – dul qadınların özünü yandırması, kasta bölgüsünə əsaslanan diskriminasiya və s.-yə görə o, çox vaxt ciddi tənqidlərə məruz qalır. Müasir H.-də iki cərəyan var: vişnuizm və şivaizm.
Tarix terminləri lüğəti