Reklam
Reklam

Tarix terminləri lüğəti

kansler

alm. kanzler < lat. cancellarius – katib

1. Orta əsr Avropa ölkələrində yüksəkvəzifəli məmur, dövlət möhürünün saxlanıldığı kral dəftərxanası və arxivinin rəhbəri.

2. Rusiya imperiyasında I Pyotrun hakimiyyəti dövründə təsis olunmuş yüksək mülki rütbə.

K. general-feldmarşal və general-admiral rütbələrinə uyğun gəlib.

3. 1871–1945-ci illərdə Almaniyada hökumət başçısı.

1934-cü ildən bu vəzifəni tutan şəxs həm də dövlət başçısı səlahiyyətlərinə malik olub.

4. Hazırda Almaniya və Avstriyada federal hökumətin başçısı.

5. İsveçrədə ali federal orqanlar – İttifaq Məclisi və İttifaqlar Şurası katibliyinin katibi.

6. Böyük Britaniyada lordlar palatasının sədri (lord-K.) və maliyyə naziri (xəzinədarlıq K.-i).

Tarix terminləri lüğəti