Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

ictimai-iqtisadi coğrafiya

Coğrafiya elmlərinin cəmiyyətin ərazi üzrə təşkili prinsiplərini, qaydalarını və qanunauyğunluqlarını öyrənən sahəsi.

Başlıca tədqiqat obyektləri əhali, iqtisadiyyat və onun sahələri olan İ.-İ.C. ictimai coğrafiya, iqtisadi coğrafiya, siyasi coğrafiya, tarixi coğrafiya, mədəniyyətin coğrafiyası kimi bölmələrə, habelə əhalinin coğrafiyası, sənayenin coğrafiyası, kənd təsərrüfatının coğrafiyası, nəqliyyatın coğrafiyası və bu kimi konkret fənlərə ayrılır.

Coğrafiya terminləri lüğəti