ing. hyper – artıq, üstün + lat. medium – ara, vasitəçi
İnformasiyanın emalı və strukturlaşdırılmasına xidmət edən, habelə bu strukturun ayrı-ayrı hissələri arasında əlaqə yaratmaqla bir elementdən digərinə keçid imkanı verən mürəkkəb texnologiya.
Bu termini elmə 1965-ci ildə informasiya texnologiyaları üzrə amerikalı mütəxəssis Ted Nelson daxil edib. H. eyni zamanda müxtəlif mətn, qrafika, səs, görüntü, video elementlərinə, istinadlar sisteminə, çoxsaylı keçid imkanlarına malikdir. O, «hipermətn»ə nisbətən xeyli geniş, «multimedia»ya daha yaxın anlayışdır. Ümumdünya hörümçək toru (www) H.-ya misal ola bilər.
Jurnalistika terminləri lüğəti