Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

feili bağlama

Həm feilin, həm də zərfin xüsusiyyətlərini daşıyan təsriflənməyən feil.

Xüsusi şəkilçiləri bunlardır: -ıb4, -anda2, -arkən2, -araq2, -ar2-maz2, -dıqda4, -ınca4, -madan2, a2-a2 və s.  Feili bağlamanın feillə ortaq xüsusiy­yət­ləri bun­lardır: 1) leksik mənasına görə iş və hərəkət anlayışı bildirir: gəldi – gəlib (çatdı); 2) növ şəkilçisi qəbul edir: baxıldı – baxılarkən; döyüşdü – döyüşəndə; 3) təsdiq və inkarda olur: açanda – açmayanda və s. Feili bağlama bir sıra cəhətlərinə görə zərfə yaxındır: 1) qrammatik şəkilçi qəbul etmir; 2) y­a­naşma əlaqəsində tabe olan tərəf kimi çıxış edir; 3) zaman, miqdar, tərzi-hərəkət kimi anlayışları bildirir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti