lat. depressio – enmə
1. Formasından və mənşəyindən asılı olmayaraq dibi dəniz səviyyəsindən aşağıda yerləşən çökəklik.
Xəzər dənizi və Ölü dəniz dibi su ilə dolmuş, Turfan və Sarıqamış çökəklikləri isə dibi quru D.-lardır. Çox zaman Yer səthində istənilən çökəkliyi D. forması adlandırırlar.
2. Bax: tektonik depressiya.
3. Hava axının istənilən iki nöqtəsi arasında təzyiq fərqi.
Hava yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkət edərək külək yaradır.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti