Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

dəniz səviyyəsi

Dənizin hündürlüyünün açıq sahildə çoxillik müşahidələr nəticəsində müəyyənləşdirilən orta səviyyəsi.

Bu şərti səviyyə sıfır kimi qəbul olunur və Yer səthindəki coğrafi obyektlərin hündürlüyü ona nisbətən hesablanır. Əslində, təbii ki, müxtəlif okean və dənizlərin səviyyəsi fərqli olur və küləklərin, cərəyanların, qabarma və çəkilmələrin, yağıntıların, digər amillərin təsiri ilə dəyişir. Buna görə D.S. konkret məntəqələrdə aparılan çox uzunmüddətli müşahidələr əsasında müəyyənləşdirilir. Keçmiş SSRİ, bəzi Şərqi Avropa ərazilərində, o cümlədən Azərbaycanda Yer səthindəki mütləq yüksəklik və dərinliklər Baltik dənizinin orta səviyyəsinə (Kronştadt futştokuna) görə hesablanır. Qərbi Avropa ölkələrində bu hesabat Amsterdam futştoku üzrə aparılır.

Coğrafiya terminləri lüğəti