Müəyyən sərhədlər daxilində cəmiyyətin təşkil və idarə olunması üçün yaradılmış siyasi institutlar sistemi.
Bu sistemin minilliklərlə yaşı olsa da, terminin hamı tərəfindən qəbul edilmiş tərifi yoxdur. D.-in mənşəyi də mübahisəli olaraq qalır. Lakin əksər mütəxəssislərin fikrincə, D. – hakimiyyəti bütün ölkə ərazisinə və əhalisinə şamil edilən, hamı üçün məcburi qanunlar verən, suverenliyə, idarəetmə və cəbr aparatına malik olan xüsusi təsisatdır. D.-in 4 əsas əlaməti var:
1) ərazi və sərhədlərin mövcudluğu;
2) əhali;
3) kütləvi hakimiyyət;
4) suverenlik.
Quruluşuna görə unitar, federasiya və konfederasiya formasında D.-lər olur. İdarəetmə formalarına görə isə onlar monarxiya və respublikaya ayrılır.
Həmçinin bax:
Tarix terminləri lüğəti