lat. respublicus < res – məsələ, iş + publicus – ictimai, ümumxalq
Dövlətin bütün ali hakimiyyət orqanlarının seçildiyi, yaxud ümummilli nümayəndəli qurumlar (parlament) tərəfindən formalaşdırıldığı idarəçilik forması.
R. antik dövrdə monarxiyanın antipodu kimi meydana gəlib. Onun iki əsas tipi var: prezidentli R.; parlamentli R. Prezidentli R.-da hökumət başçısının səlahiyyətləri seçkili dövlət rəhbərinin əlində çəmləşir. Parlamentli R. isə ölkənin idarəetmə sistemində qanunvericilik orqanının üstünlüyü prinsipinə əsaslanır. Bu tip idarəçilik sistemində hökumətin, digər dövlət hakimiyyəti institutlarının formalaşdırılması, o cümlədən prezidentin seçilməsi, habelə onların fəaliyyətinə nəzarət funksiyası parlamentə məxsus olur. Parlamentli R.-da hökumət parlamentdə əksəriyyəti təşkil edən hakim partiya və ya koalisiya nümayəndələrindən formalaşdırılır.
See also:
Tarix terminləri lüğəti