ər. qadir – bacarıqlı, qüdrətli
İslam fəlsəfəsində insanın mütləq azadlığı tərəfdarı olan cərəyan.
VII əsrdə İraqda meydana gəlmiş Q.-ə görə, insan öz düşüncə və hərəkətlərində tam sərbəstdir və onların idarə olunmasında Allahın heç bir iştirakı yoxdur. Q. tərəfdarları iddia edirlər ki, Allah insanın bu və ya digər hərəkəti barədə yalnız o baş verdikdən sonra xəbər tutur. Beləliklə, Q. təlimi insanı öz hərəkətlərinin yeganə yaradıcısı sayılır. Q. hər şeyin öncədən Allah tərəfindən qəti müəyyənləşdiyini (ər. qədər – tale, qismət) iddia edən cəbəriliyə əks mövqedə dayanır.
Tarix terminləri lüğəti