lat. catholicismus, yun. katholikos – ümumdünya, hər şeyi əhatə edən
Pravoslavlıq və protestantlıqla birlikdə xristianlığın əsas cərəyanlarından biri.
K. termini kilsə haqqında ilk dəfə təqribən 110-cu ildə dini mətnlərdə işlədilib. Roma papasının başçılıq etdiyi kilsə təşkilatına malik güclü dini cərəyan kimi isə o, qəti olaraq 1054-cü ildə – xristianlığın Qərb və Şərq qollarına parçalanmasından sonra formalaşıb. Lakin xristian kilsəsinin bu parçalanmaya qədər olan tarixini də K. öz tarixi sayır. Katolik kilsəsinin yaradıcısı və rəhbəri İsa Məsih hesab olunur. Bir sıra ehkam, ayin və təşkilatlanma prinsiplərinə görə K. həm protestantlıqdan, həm də pravoslavlıqdan fərqlənir. Sitayiş edənlərin sayına görə o ən böyük xristian cərəyanı sayılır.
Tarix terminləri lüğəti