Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

jurnalist

fr. journal – gündəlik, qəzet < lat. diurnalis, diurnale – gündəlik xəbər

Peşəkar səviyyədə mütəmadi olaraq informasiya toplayan və istənilən kütləvi kommunikasiya vasitəsilə onu icti­maiy­yətə çatdıran fiziki, yaxud hüquqi şəxs.

«J.» anlayışının fərqli izahları var, internetin inkişafı ilə əlaqədar bu məsələ ətrafında mübahisələr 1990-cı illərdə xüsusilə ge­nişlənib. Mübahisələrə son qoymaq üçün 2000-ci ildə Avropa Şurasının Nazirlər Ko­mitəsi «J. kimdir?» sualına beynəlxalq izah verib. Azər­baycan qanunvericiliyinə görə isə ölkədə J. statusu KİV-in məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etməklə məş­ğul olan ştatlı müxbirlərinə, habelə bu sahədə redaksiya tapşırıqla­rı­­­nı davamlı ye­rinə yetirən ştatdankənar əmək­­­­­­­­­daşlarına şamil edilir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti