Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

hidrologiya

yun. hydor – su + yun. logos – elm, təlim

Hidrosferdə gedən təbii hadisə və prosesləri, onun xassələrini, dinamikasını, həmçinin coğrafi təbəqənin digər komponentləri ilə əlaqələrini öyrənən elm sahəsi.

Tədqiqat obyektinə görə H. iki şöbəyə bölünür: okeanologiya və qurunun hidrologiyası. Hər iki şöbə müxtəlif şəraitlərdə suyun aqreqat vəziyyətlərini, su balansını, su və temperatur rejimlərini, su kütləsinin dinamikasını, yataqların xüsusiyyətlərini araşdırır. H. eyni zamanda təbiətdə suyun dövranı, insan fəaliyyətinin ona təsiri kimi məsələləri tədqiq edir, hidroloji proqnozlar hazırlayır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti