Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

hidrosfer

yun. hydor – su + yun. sphaira – kürə

Yerin su təbəqəsi, Dünya okeanı, materik səth sularıyeraltı suların cəmi.

H. Yer səthinin 71%-ni təşkil edir, onun ümumi həcmi 2013-cü il üçün hesablamalara görə, 1,5 milyard km3-dir. Bütün H.-də olan suyun 96%-dən çoxu şor okean və dəniz sularının, 2%-ə qədəri yeraltı suların, bir o qədəri də, əsasən, Arktika, Antarktika və Qrenlandiyada toplaşmış buzlaqların payına düşür. Materik səth suları (çaylar, göllər və s.) H.-in həcminin cəmi 0,02%-nə bərabərdir. Yer planetində yalnız 3%-ə yaxın şirin su ehtiyatı var ki, bunun da ¾-ü buzlaqlarda cəmləşib. H. atmosfer, Yer qabığıbiosferlə daim qarşılıqlı əlaqədədir.

Coğrafiya terminləri lüğəti