Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

bağlayıcı sözlər

Baş və budaq cümlələri bir-birinə bağ­layan, adətən, sual əvəzlikləri və ya sual əvəzlikləri + “ki” ədatı ilə ifadə olunan  vasitə.

Sual əvəzlikləri bağlayıcı sözlər kimi işləndikdə sual mənasını itirir və sintaktik funksiya daşıyır; məs.: Kim ki insanı sevər, aşiqi hürriyyət olur (M.Ə.Sabir). Nə tökərsən aşına, o çıxar qaşığına. Bağlayıcı sözlər həmişə budaq cümlədə işlənir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti