Onlayn lüğət

Ən son əlavə edilənlər

1

ABBASQULU BƏYİN NAZI İLƏ ÇOX OYNAYIRIQ HA, KƏRBƏLAYİ!

►Birinin qıcıq yaradan hərəkətlərinə qarşı hədsiz təmkin, səbir nümayiş etdirilərkən işlədilən ifadə.  İfadə «Axırıncı aşırım» filmindən (1971) qaynaqlanaraq yayılmışdır.
Həmin filmdə Abbasqulu bə...    Ətraflı

2

ACIĞI TUTMAQ

►Xoşuna gəlməmək, qəzəblənmək, hirslənmək, qeyzlənmək.  İfadə «acıq» sözünün semantik dəyişməsi ilə bağlı meydana çıxmışdır.
Əslində, bu frazeoloji ifadə insan orqanizmi – konkret olaraq qədim döv...    Ətraflı

3

ACIN İMANI OLMAZ

►Aclığın insanı hər cür davranışa, o cümlədən hiyləyə əl atmağa, yalan söyləməyə belə vadar etdiyini bildirən ifadə.  İfadə xalq arasında dolaşan maraqlı rəvayətdən qaynaqlanmışdır.
Həmin rəvayətə...    Ətraflı

4

AD QAZANMAQ

►Mәşhurlaşmaq, tanınmaq, şöhrətlənmək, yaxşı işi ilə fərqlənmək, cəmiyyətdə ad-san qazanmaq, müəyyən mənsəbə çatmaq.  İfadәnin ilkin mәnası xalq adətləri ilə bağlı yaranmışdır.
Qədim xalq adәtinә...    Ətraflı

5

ADAM DA ARTİSTİN PULUNU ƏVVƏLDƏN VERƏR?!

►İş bitmədən, göstərilən fəaliyyətin konkret nəticəsi olmadan icraçıya pul ödənilməsinin doğru olmadığını bildirən ifadə.  İfadə baş rolda Rəşid Behbudovun oynadığı məşhur «Bəxtiyar» filmindən (19...    Ətraflı

6

ADAMI ADAM YANINA GÖNDƏRDİLƏR, MƏNİ DƏ SİZİN

►Birinin qarşısındakı insanı aşağılamaq məqsədilə verdiyi düşünülməmiş, kobud suala cavab olaraq işlədilən deyim.  İfadə Yaxın Şərq ölkələrində hazırcavablığı ilə tanınmış Anastratdin xoca ilə bağ...    Ətraflı

7

ADI İT DƏFTƏRİNDƏ DƏ YOXDUR

►Hörməti, nüfuzu olmayan, öz çevrəsində sayılmayan, ciddi qəbul edilməyən adamlar haqqında kəskin mənfi çalarda işlədilən ifadə.  İfadə vergiyə cəlb etmək məqsədilə əhalinin siyahıya alınması, adl...    Ətraflı

8

ADINI ALİM QOYUB

►Özünü intellekt sahibi, elm-bilik adamı kimi göstərən, lakin vacib məqamda adi şeyləri bilməyən şəxslər haqqında işlədilən ifadə.  İfadə M.F.Axundzadənin məşhur «Hekayəti-müsyö Jordan həkimi-nəba...    Ətraflı

9

ADӘMDӘN XATӘMӘ

►«Qədimdən bu günədək», «bütün zamanlarda», «bəşər tarixi boyunca», «dünya yaranandan bu günә kimi» mənalarında işlədilən ifadə.  İfadə qədim dini təsəvvürlәrdən qaynaqlanaraq bu gün də geniş işlə...    Ətraflı

10

AĞ ATLI OĞLAN

►Dara düşmüş, imdad diləyən adamların harayına yetən, insanları fəlakətdən, çətinlik və sıxıntıdan qurtarıb xoşbəxt edən xəyali xilaskar qəhrəman.  İfadə xalq arasında yayılmış mifik təsəvvürlərdə...    Ətraflı

11

AĞACLARIN ARXASINDA MEŞƏNİ GÖRMƏMƏK

►Kiçik detallara hədsiz diqqət yetirdiyindən əsas məsələni, problemi, mahiyyəti görməmək.  İfadə bir səyahətçinin başına gəlmiş əhvalatdan götürülüb.
Rəvayətə görə, XVI əsr səyahətçisi Syer Qolar...    Ətraflı

12

AĞI QARADAN SEÇMӘK

►Yaxşını pisdәn, xeyirlini zәrәrlidәn, müsbəti mәnfidәn fərqləndirə bilmәk.  İfadənin zərdüştilikdən qaynaqlandığı ehtimal edilir.
Bu təlimə görə, ağ rəng xeyiri, qara isə şər qüvvələri təmsil edi...    Ətraflı

13

AĞIL OLMASA, BƏXT NEYLƏSİN?

►Həyatın, güzəranın xoş keçməsi, işlərin yoluna düşməsi naminə insanın bəxti gözləmək əvəzinə ağıl işlədib fərasət göstərməsinin vacib olduğunu bildirən ifadə.  Xalq inancına əsaslanan bu ifadə el...    Ətraflı

14

AĞILDAN BƏLA

►Adi adamların yüksək ağıl sahiblərini düzgün başa düşə bilməməsindən, anlamamasından doğan vəziyyəti bildirmək üçün işlədilən ifadə.  İfadə rus yazıçısı və diplomatı Aleksandr Qriboyedovun eyniad...    Ətraflı

15

AĞLAMAYIM, NEYLƏYİM?!

►İnsanın düşdüyü ağır vəziyyətdən çıxış yolu tapa bilmədiyini, yalnız fəlakətə, dərdə ağlayıb ürəyini boşaltmaqla təskinlik tapdığını bildirən ifadə.  İfadə Molla Nəsrəddinin geniş yayılmış bir lə...    Ətraflı

16

AĞLINA KEÇƏ YAMAYIM

►Hansısa düşünülməmiş hərəkəti ilə gülüş yaradan və ya tez-tez yanlış qərarlar verən adam haqqında işlədilən ifadə.  İfadənin birbaşa ağılla əlaqəsi olmayan «alaçıq» sözünün təhrifi nəticəsində ya...    Ətraflı

17

AĞZI AÇILA (AYRILA) QALMAQ

►Heyrətlənmək, hədsiz təəccüblənmək, bir anlığa yerində donub-qalmaq.  İnsan instinktlərinin vəziyyəti ilə bağlı yaranmış bu ifadə müəyyən elmi mülahizələrdən qaynaqlanır.
Adətən, dil faktlarında...    Ətraflı

18

AĞZI İSTİ YERDӘDİR

►Bir işin əsl mahiyyətini bilmədən başqalarını ittiham edən adamlara münasibətdə işlədilən qınayıcı ifadə.  İfadə südəmər uşağın daim bələkdə olması, isti-soyuq görməməsi ilə bağlı yaranmışdır.
Bu...    Ətraflı

19

AĞZINA SU ALIB OTURMAQ

►Susmaq, danışmamaq, səsini çıxarmamaq, haqqında danışılan vacib bir məsələyə reaksiya verməmək, bir şeyə münasibət bildirməmək.  İfadə el arasında yayılmış bir lətifə ilə əlaqədar formalaşmışdır....    Ətraflı

20

ALA QARĞA

►Qeyri-adi, başqalarından fərqlənən, seçilən, həm də müəyyən qədər adamlara yovuşmayan şəxslər haqqında daha çox mənfi çalarda işlədilən ifadə.  İfadə Roma şairi Yuvenalın satirasından qaynaqlanmı...    Ətraflı