mürəkkəb adların tərkibində işlənən Əli və İsa adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Əliisa (bax: ad – ƏLİ; İSA) kişi adı İslam dinində müqəddəs sayılan şəxslərin – Həzrət Əlinin və İsa Peyğəmbərin adlarından yaranmış antroponimdir. Dilimizin fonetik qanunlarına əsasən, iki sözün birləşməsindən (birinci söz saitlə bitib, ikinci söz saitlə başlayarsa) əmələ gələn adlarda yanaşı gələn saitlərdən birinin düşməsi nəticəsində Əliisa adı bu gün Əlisa formasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti