mürəkkəb adların tərkibində işlənən ar sözü və Toğrul adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Türk xalqlarının antroponimik vahidlər sistemində Erdoğrul, Ertuğrul formasında geniş yayılmış, dilimizdə Ərtoğrul şəklindədir. Ərtoğrul (bax: ad – ƏR; TOĞRUL) kişi adı igid, cəsur, qüdrətli, güclü anlamlarını ifadə edir. Osmanlı dövlətinin qurucusu Osman bəyin atasının adı da Ərtoğrul olmuşdur. Adın daşıyıcılarından Azərbaycanın görkəmli yazıçılarından olan H.Cavidin oğlu Ərtoğrul Böyük Vətən müharibəsində (1941-1945-ci illər) həlak olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti