Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ƏR türk.

ar sözü Azərbaycan dilində də əsasən bir neçə mənada işlənir: 1. Sözündə möhkəm, mərd; qəhrəman, igid, qoçaq; 2. Arvadın qanuni və məhrəm yoldaşı olan kişi, zövc; 3. Kişi, həddi-büluğa çatmış adam; 4. Qəhrəman, igid, qoçaq, mərd, sözündə möhkəm, sözündə bütöv; 5. Əsgər.

Ümumiyyətlə, türk xalqlarının antroponimik vahidlər sistemində bəzi mürəkkəb kişi adlarının əvvəlində, bəzilərinin isə sonunda işlənən ər sözü əsasən igid, qoçaq, mərd anlamındadır. Məsələn, Ərşad (bax: ad – ƏRŞAD), Ərtoğrul (bax: ad – ƏRTOĞRUL), İlkər (bax: ad – İLKƏR) və s.

Azərbaycan şəxs adlarının izahlı lüğəti