Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

karikatura

ital. caricatura < caricare – şişirtmək

İctimai-siyasi və ya məişət mövzusunda çəkilmiş satirik və ya yu­moristik rəsm.

İllüstrasiyanın bir növü olaraq kari­ka­turadan daha çox satirik jurnallarda və ya komik məzmunlu kitablarda istifadə edilir. Burada təsvir olunan şəxs(lər)in çatışmazlıqları qabarıq göstərilir. Azərbaycanda müstəqil janr kimi XX əsrin əvvəllərində “Molla Nəsrəddin” jurnalının ideya-bədii təsiri nəticəsində yaranıb. Ən görkəmli karikatura ustası Əzim Əzimzadə olub.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti