Reklam
Reklam

Tarix terminləri lüğəti

bəhrə

Orta əsrlərdə Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda torpaq və sudan istifadə edən kəndlilərdən məhsulla (buğda, arpa, düyü və s.) alınan feodal rentası.

B. ayrı-ayrı dövrlərdə müxtəlif həcmdə (məhsulun təxminən 1/10 – 1/4-i qədər) toplanıb, XIII–XIV əsrlərdə xüsusilə geniş yayılıb. O, Azərbaycanda malcəhət, dəhyek, çaharyek və s. adlarla yığılıb, xanlıqlar dövründə B. əsas vergilərdən biri olub.

Həmçinin bax:

Tarix terminləri lüğəti