fars. – dörddə bir
Orta əsrlərdə bəzi Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda vergi növü.
Ç. feodalın xeyrinə natura şəklində toplanıb, həcmi icarəyə verilmiş əkin sahələrində yetişdirilən məhsulun 1/4-nə bərabər olub. Səfəvilər dönəmində bu vergi növü geniş yayılıb, Azərbaycanda xanlıqlar dövründə (XVIII əsrin II yarısı – XIX əsrin əvvəli) bəhrə, malcəhət adlanıb.
Tarix terminləri lüğəti