Reklam
Reklam
  • Qartal üçün göyərçini məğlub etmək şərəf deyil. (İtalyan)
  • Atı suya apara bilərsən, amma su içirdə bilməzsən. (İngilis)
  • Cücələrinizi yumurtadan çıxmadan saymayın. (İngilis)
  • Əldəki bir quş koldakı iki quşa dəyər. (İngilis)
  • Asta gedən eşşəyin təpiyi yaman olar. (Tat)
  • İt itin ayağını basmaz. (Tat)
  • Öküz quyruğuna görə bıçaq sındırma. (Tat)
  • İtə pir qənim olmur. (Tat)
  • Ət yeyən cücənin dimdiyi əyri olar. (Talış)
  • At işlədi, eşşək yedi. (Talış)
  • Hinin qapısı açıq olanda, fərələr də çıxar, beçələr də. (Talış)
  • Papiros çəkəni ilan vurmaz. (Talış)
  • Səninlə danışmaq, ya eşşək üçün təmbur çalmaq, birdir. (Talış)
  • İnəyi almamış deyir, buzovu harda bağlayım? (Talış)
  • İtin quyruğunu kəssən, qoyun olmaz. (Talış)
  • Şir nökər olmaz, tülkü ağa! (Talış)
  • İt əlacsız qalanda otlayar. (Talış)
  • Allah eşşəyi yaxşı tanıdığı üçün, ona buynuz vermədi! (Talış)
  • İndi çaqqallar baş kəsir, canavarın adı çıxıb. (Talış)
  • Dişlərini ağartma, it sümük üçün gəzir. (Talış)