- Xəstəyə üç şey kömək edər: sevgi, şərab və hamam. (İtalyan)
- Ən yaxşı zireh – məsafə saxlamaqdır. (İtalyan)
- Əgər kimsə sizinlə həmişəkindən daha çox mehribandırsa, bu o deməkdir ki, sizi aldadıb və ya aldatmaq üzrədir. (İtalyan)
- Gerçək dost ehtiyac duyulan dostdur. (İtalyan)
- Dünya qiymətli bir kitaba bənzəyir. Yazıb-oxumağı bilməyən ondan xəbərsiz qalır. (İtalyan)
- Daha çox yaşaya bilmirsənsə, daha dərin yaşa. (İtalyan)
- Çoxları kəsmək istədikləri əli öpürlər. (İtalyan)
- Cüzdanında pulu olmayanın ağzında bal olmalıdır. (İtalyan)
- Böyük dərdlər səssizdir. (İtalyan)
- Batmağa başlayan kimi üzməyi öyrənəcəksiniz. (İtalyan)
- Başımıza gələn yaxşılıq quma, pislik daşa həkk olunub. (İtalyan)
- Atalar sözləri kəpənək kimidir, hamısı uçur, bəzilərini tuturlar. (İtalyan)
- Allah bizi varlanan kasıblardan və kasıb olan zənginlərdən qorusun. (İtalyan)
- Ağıllı insan ala bilmədiyi şeylərdən imtina edir. (İtalyan)
- Ağası ilə armud yeyən ən yaxşısını seçməməlidir. (İtalyan)
- Həm tortu yeyə, həm də onu gizlədə bilməzsiniz. (İngilis)
- Atı suya apara bilərsən, amma su içirdə bilməzsən. (İngilis)
- Alma ağacdan uzağa düşmür. (İngilis)
- Cücələrinizi yumurtadan çıxmadan saymayın. (İngilis)
- Gündə bir alma həkimi səndən uzaqlaşdırır. (İngilis)