- Çayı görməmiş çırmalanma. (Saxur)
- Tülkü tələyə düşmür, düşəndə də iki ayağı ilə birlikdə düşür. (Saxur)
- Yayda ilandan qorxan, qışda ala çatıdan qorxar. (Saxur)
- Qoyunu qoyunun ayağından, keçini keçinin ayağından asarlar. (Saxur)
- Səbir insanın, hasar küçənin abrıdır. (Saxur)
- Qonağı ərəb olanın qapısı gen gərək. (Saxur)
- Döyülməmiş çəltikdən düyü olmaz. (Saxur)
- Mənim əşyamı mənimlə döyüşdürürlər. (Saxur)
- Ac toxu gormür. (Saxur)
- Sarımsaq yeməyənin ağızından iy gəlməz. (Saxur)
- Namərdin qanadı altında olmaqdansa, qartalın caynağında olmaq yaxşıdır. (Ləzgi)
- Qonaq üç günlük olar. (Ləzgi)
- Dəvənin dərisi eşşəyə yüküdür. (Ləzgi)
- Siçan çıxdı yuvasından, yuvasını bəyənmədi. (Ləzgi)
- Təki baş sağ qalsın, papaq tapılar. (Ləzgi)
- İki evin urvasından üç fətir olar. (Ləzgi)
- Dənizə daş atmaqla suyu bulanmaz. (Ləzgi)
- Qəriblikdə padşah olmaqdansa, vətəndə nökər olmaq yaxşıdır. (Ləzgi)
- Qarğadan gözəl quş istədilər, balasını gətirdi. (Ləzgi)
- Elə yerdə otur ki, durğuzmasınlar. (Ləzgi)