- Öz atasını görməsəydi, deyərdi, padşah oğluyam. (Talış)
- Köhnə dost düşmən ola bilməz. (Talış)
- Danışmasa, axmaq da ağıllı görünər. (Talış)
- Hinin qapısı açıq olanda, fərələr də çıxar, beçələr də. (Talış)
- Daşqın əvvəl kol-kos gətirər. (Talış)
- Papiros çəkəni ilan vurmaz. (Talış)
- Pulun vəfası olsaydı, əlbəəl gəzməzdi. (Talış)
- Qardaş qardaşı istəsəydi, Allah da özünə qardaş tutardı. (Talış)
- Alçaq adam gündə üç dəfə allahlıq iddiasında olar. (Talış)
- Suyun qabağını bənddə alarlar, dərədə yox. (Talış)
- Səninlə danışmaq, ya eşşək üçün təmbur çalmaq, birdir. (Talış)
- İnəyi almamış deyir, buzovu harda bağlayım? (Talış)
- İtin quyruğunu kəssən, qoyun olmaz. (Talış)
- Şir nökər olmaz, tülkü ağa! (Talış)
- Şeytan on lampaya neft tökər, heç biri yanmaz. (Talış)
- İt əlacsız qalanda otlayar. (Talış)
- Çörəyi təndir bişirər, özündən razı arvad deyər: “Mən bişirdim”. (Talış)
- Nənə kökə verən olsaydı, təndir başında verərdi. (Talış)
- Bir Allah qalıb, on iki imama yalvarırlar. (Talış)
- Başını dost evində qırx, dırnağı düşmən evində. (Talış)