Reklam
Reklam
  • Xəstəyə üç şey kömək edər: sevgi, şərab və hamam. (İtalyan)
  • Ən yaxşı zireh – məsafə saxlamaqdır. (İtalyan)
  • Əgər kimsə sizinlə həmişəkindən daha çox mehribandırsa, bu o deməkdir ki, sizi aldadıb və ya aldatmaq üzrədir. (İtalyan)
  • Gerçək dost ehtiyac duyulan dostdur. (İtalyan)
  • Dünya qiymətli bir kitaba bənzəyir. Yazıb-oxumağı bilməyən ondan xəbərsiz qalır. (İtalyan)
  • Daha çox yaşaya bilmirsənsə, daha dərin yaşa. (İtalyan)
  • Çoxları kəsmək istədikləri əli öpürlər. (İtalyan)
  • Cüzdanında pulu olmayanın ağzında bal olmalıdır. (İtalyan)
  • Böyük dərdlər səssizdir. (İtalyan)
  • Batmağa başlayan kimi üzməyi öyrənəcəksiniz. (İtalyan)
  • Başımıza gələn yaxşılıq quma, pislik daşa həkk olunub. (İtalyan)
  • Atalar sözləri kəpənək kimidir, hamısı uçur, bəzilərini tuturlar. (İtalyan)
  • Allah bizi varlanan kasıblardan və kasıb olan zənginlərdən qorusun. (İtalyan)
  • Ağıllı insan ala bilmədiyi şeylərdən imtina edir. (İtalyan)
  • Ağası ilə armud yeyən ən yaxşısını seçməməlidir. (İtalyan)
  • Həm tortu yeyə, həm də onu gizlədə bilməzsiniz. (İngilis)
  • Atı suya apara bilərsən, amma su içirdə bilməzsən. (İngilis)
  • Alma ağacdan uzağa düşmür. (İngilis)
  • Cücələrinizi yumurtadan çıxmadan saymayın. (İngilis)
  • Gündə bir alma həkimi səndən uzaqlaşdırır. (İngilis)