Reklam
Reklam
  • Yavaşımaqdan deyil, dayanmaqdan qorx. (Çin)
  • Təslim olmaq istəyi qələbəyə az qalmış xüsusilə güclü olur. (Çin)
  • Elm ağıllı adama xoşbəxtlik verər, axmağa isə bədbəxtlik. (Çin)
  • Ağıllı adam dəlini danlamaz. (Çin)
  • Ağac nə qədər yüksək olursa olsun, yarpaqları yenə də yerə tökülər. (Çin)
  • Öyrənib düşünməmək – heç nə öyrənməmək deməkdir, düşünüb öyrənməmək – təhlükəli yola düşmək deməkdir. (Çin)
  • Keçmişi unutmayın, o gələcəkdə sizə müəllim olacaq. (Çin)
  • Böyük çay sakit axar, ağıllı insan səsini qaldırmaz. (Çin)
  • Yaşamaq üçün ye, yemək üçün yaşama. (İtalyan)
  • Yalanın ayaqları qısadır. (İtalyan)
  • Vicdan əzabı çəkənin ittihamçıya ehtiyacı yoxdur. (İtalyan)
  • Roma bir gündə qurulmadı. (İtalyan)
  • Min dəfə solğun olmaqdansa, bir dəfə qızarmaq yaxşıdır. (İtalyan)
  • Qonşusu pis olanın nə axşam, nə səhər rahatlığı yoxdur. (İtalyan)
  • Qartal üçün göyərçini məğlub etmək şərəf deyil. (İtalyan)
  • Qarşı tərəfdə ot həmişə daha yaşıl olur. (İtalyan)
  • Kim tək başına işləyirsə, üç nəfərin işini görür. (İtalyan)
  • Kim düşünürsə ki, pul ona hər şey verəcək, sonda pul üçün hər şey edəcək. (İtalyan)
  • İstəyirsən ki, səni dəyərləndirsinlər — öl! (İtalyan)
  • Çayın dərinliyini iki ayaqla sınama. (İtalyan)