Reklam
Reklam

All dictionaries

ovalıq

Qurunun dəniz səviyyəsindən 200 m-ə qədər hündürlükdə yerləşən sahəsi.

Dəniz səviyyəsindən aşağıda olan O. da mövcuddur (məsələn, Azərbaycanda Xəzərsahili O.). Fiziki xəritədə O. yaşıl rənglə göstərilir. O.-ların səthi düzənlik, qismən təpəliklərdən ibarətdir və əsasən, çökmə süxurlarla örtülüdür. Yüksəklikyaylalardan fərqli olaraq O.-lar akkumulyativ relyef formalarına aiddir. Bütün quru sahəsinin 32,3%-ni O.-lar təşkil edir.

Coğrafiya terminləri lüğəti

ozlar

isv. as – tirə

Qədim buzlaq çöküntülərindən (qum, çınqıl, buzlaq daşı və s.) əmələ gələn uzun, ensiz və alçaq, dalğavarı tirələr.

O.-ın uzunluğu, adətən, 30-40 km-ə çatır, eni bir neçə m-dən bir neçə kilometrə qədər, hündürlüyü 15-50 m, bəzən 100 m-dək olur. Onlar İsveç və Finlandiyada, habelə Rusiyanın Avropa hissəsinin şimalında yayılıb.

Coğrafiya terminləri lüğəti

ozon

yun. ozon – iyli

Günəş şüalarının, işığın təsiri altında atmosferdə oksigenin modifikasiyası nəticəsində yaranan qaz.

O. xarakterik kəskin iyli mavi qazdır. Atmosferdən yüksək elektrik cərəyanı keçdikdən, məsələn, ildırım çaxdıqdan sonra da havada O.-un iyi duyulur.

See also:

Coğrafiya terminləri lüğəti

ozonometr

yun. ozon – iyli + yun. metron – ölçü

Atmosferozonun miqdarını ölçən cihaz.

O.-in iş prinsipi atmosfer təbəqəsindən keçərkən ozonun zəiflətdiyi günəş və ya ay işığının intensivliyinin spektrin ultrabənövşəyi zolağında ölçülməsinə əsaslanır. Ozonun miqdarı cihaza çatan zəifləmiş işığın intensivliyinə görə təyin edilir.

See also:

Coğrafiya terminləri lüğəti

ozonosfer

yun. ozon – iyli + yun. sphaira – şar

Yerdə həyatı yüksək enerjili ultrabənövşəyi günəş radiasiyasından qoruyan ozon molekullarının sıx olduqları atmosfer qatı.

O. stratosfer təbəqəsinin 12-50 km hündürlüyündə yerləşir. Tropik enliklərdə qalınlığı 25-30 km, mülayim enliklərdə 20-25 km, qütb enliklərində isə 15-20 km arasında dəyişir. Ozon qatının kəşfi XX əsrin əvvəllərində fransız fizikləri Şarl Fabri və Anri Buissonun adı ilə bağlıdır. O. canlı orqanizmlərin həyatı üçün böyük təhlükə törədən yüksək miqdarda ultrabənövşəyi şüaları intensiv udur və təbəqədə temperaturun yüksəlməsinə səbəb olur. Buna görə də O.-i Yerin “qoruyucu örtüyü” adlandırırlar. Sənayenin yüksək inkişafı ilə əlaqədar ozon qatının nazikləşməsi problemi bəşəriyyəti narahat edən məsələlərdən biridir.

Coğrafiya terminləri lüğəti