yun. ozon – iyli + yun. sphaira – şar
Yerdə həyatı yüksək enerjili ultrabənövşəyi günəş radiasiyasından qoruyan ozon molekullarının sıx olduqları atmosfer qatı.
O. stratosfer təbəqəsinin 12-50 km hündürlüyündə yerləşir. Tropik enliklərdə qalınlığı 25-30 km, mülayim enliklərdə 20-25 km, qütb enliklərində isə 15-20 km arasında dəyişir. Ozon qatının kəşfi XX əsrin əvvəllərində fransız fizikləri Şarl Fabri və Anri Buissonun adı ilə bağlıdır. O. canlı orqanizmlərin həyatı üçün böyük təhlükə törədən yüksək miqdarda ultrabənövşəyi şüaları intensiv udur və təbəqədə temperaturun yüksəlməsinə səbəb olur. Buna görə də O.-i Yerin “qoruyucu örtüyü” adlandırırlar. Sənayenin yüksək inkişafı ilə əlaqədar ozon qatının nazikləşməsi problemi bəşəriyyəti narahat edən məsələlərdən biridir.
Coğrafiya terminləri lüğəti