yun. phaino – aşkar edirəm + yun. phasis – özünü göstərmə
Mövsümdən asılı olaraq törəyən və başqalarından kəskin fərqlənən təbii hadisənin, prosesin baş verdiyi dövr.
Bitkilərdə tumurcuqlama, çiçəkləmə, toxumvermə, heyvanlarda miqrasiya, yuvaqurma, balaçıxarma – bunların hər biri ayrıca F.F.-dır.
See also:
Coğrafiya terminləri lüğətiyun. ferrum – dəmir
Dəmirin digər kimyəvi elementlərlə qarışıq ərintisi.
Məsələn, polad F.-dir. Dəmirin fiziki və kimyəvi xüsusiyyətlərini dəyişərək polada çevrilməsi üçün ona müəyyən element və materiallar (xrom, volfram, titan və s.) qatırlar ki, belə qatqılara da legirləyici materiallar deyilir.
Coğrafiya terminləri lüğətiMüasir dövrdə püskürməsi davam edən, yaxud tarixi keçmişdə püskürməsi haqqında məlumat olan, fumarol fəallığını müəyyən qədər saxlayan vulkan.
Yer kürəsində yüzlərlə F.O.V. var. Onların əksəriyyəti (75%-ə qədəri) “Odlu qövs zonası” adlandırılan Sakit okean sahili zolağında və adalarda yerləşir.
Coğrafiya terminləri lüğətiİlin bölündüyü dörd mövsümdən hər biri.
F.-lər planetin Günəş ətrafında fırlanmasından, habelə Yerin öz ətrafında fırlanma oxunun orbit müstəvisinə nisbətən meyillilik dərəcəsindən asılı olaraq dəyişir, əsasən, iqlim fərqi ilə səciyyələnir. F.-lər təqvim üzrə ilin müəyyən aylarını, astronomik cəhətdən isə gecə-gündüz bərabərlikləri ilə gündönümləri arasında qalan tarixləri əhatə edir.
See also:
Coğrafiya terminləri lüğətiGüclü külək.
Bofort şkalasına görə, küləyin gücü 9 bala çatdıqda, sürəti 20,8-24,4 m/san olduqda ona F. deyilir. Güclü F. (10 bal) saniyədə 24,5-28,4 metr, şiddətli F. (11 bal) saniyədə 28,5-32,6 m sürətlə əsir. Güclü F. quruda dağıntılara və dənizdə ciddi dalğalanmaya səbəb olur. Şiddətli F. ağacları kökündən qopara bilir, dəniz köpüklə örtülür, dalğaların orta hündürlüyü 11,5, maksimal hündürlüyü 16 metrə çatır. Adətən, F.-nın yaranmasına siklonlar səbəb olur.
See also:
Coğrafiya terminləri lüğətiTəbii mineral birləşmələrdən ibarət olan, tərkibindəki metalların, mineralların alınması iqtisadi cəhətdən məqsədəuyğun hesab edilən faydalı qazıntı.
İqtisadi məqsədəuyğunluq mineral birləşmədəki metalların, digər elementlərin konsentrasiyası dərəcəsi ilə müəyyənləşdirilir. F. termini, əsasən, metal və bəzi qeyri-metal tərkibli (pyezokvars, flüorit və s.) faydalı qazıntılara aid edilir. Azərbaycanın yeraltı sərvətləri içərisində əhəmiyyətinə görə ikinci yeri F.-lər tutur. Daşkəsən dəmir filizi yatağı, Zəylik alunit yatağı, Balakəndə aşkar edilmiş polimetal filiz yatağı Avropada ən iri yataqlardan sayılır.
Coğrafiya terminləri lüğətinorv. fjord < lat. fretum – boğaz
Böyük məsafədə qurunun içərilərinə doğru uzanan ensiz, dərin, yamacları dik dəniz körfəzi.
F.-lar Kaynozoy erasının Dördüncü dövr materik buzlarının fəaliyyəti, sonralar isə çay dərələrini və tektonik çökəklikləri dəniz suyunun basması nəticəsində əmələ gəlib. F. tipli sahillərə, əsasən, şimalda (Skandinaviya, Kola, Taymır, Labrador, Çukot yarımadaları, Qrenlandiya, Novaya Zemlya, Şpitsbergen, İslandiya, Kanada-Arktika arxipelaqı adaları) və Cənubi Amerikanın Pataqoniya sahillərində təsadüf olunur.
Coğrafiya terminləri lüğətialm. firni – keçənilki, köhnə
Qar xəttindən yuxarıda, buzlağın qidalanma sahəsində düşən qarın günəş şüalarının təsiri altında əriməsi, hava soyuyanda isə donması nəticəsində əmələ gələn buz kristalları.
Bu kristalların ölçüsü 1 mm-dən 5-10 mm-ə qədər olur. F. qarla buz arasında keçid formasıdır, əriyib-donduqca o, sıxlaşır, bərkiyir və tədricən buzlaq buzuna çevrilir.
Coğrafiya terminləri lüğətiyun. phyton – bitki + yun. geo – Yer + yun. sphaira – kürə, təbəqə
Biosferin əsas enerji toplayıcıları olan bitkilərin yayıldığı sahə.
F. Yerdə canlı maddənin fasiləsiz örtüyünü əmələ gətirir, onun qalınlığı quruda bir neçə on metrə çatır, dəniz və okeanlarda isə 350 m-ə qədər hesab olunur.
Coğrafiya terminləri lüğəti