lat. orbita – yol
Bir göy cisminin digər göy cisminə nəzərən hərəkət trayektoriyası.
İstənilən göy cisminin, o cümlədən kosmik uçuş aparatlarının fəzada keçdiyi yolu O. adlandırmaq olar. Bununla belə, O. dedikdə, ilk növbədə, planetlərin Günəş ətrafında, peyklərin planet ətrafında, yaxud ulduzların mürəkkəb ulduz sistemində kütlə mərkəzi ətrafında nisbi hərəkət trayektoriyası nəzərdə tutulur.
Coğrafiya terminləri lüğəti