amrah sözündəndir.
Mənbələrdə Əmrah sözü ilə bağlı qədim türk dillərində işlənmiş amra, amraq, amramaq, amranmaq sözü ilə əlaqələndirilir, sevmək, vurulmaq, aşiq olmaq, dost olmaq, həmçinin sevimli, dost, həmçinin sevən, aşiq olan anlamlarını ifadə etdiyi qeyd edilir.
Bununla yanaşı, şəxs adlarının izahlı lüğətlərində ərəb mənşəli əmrah sözü ilə əlaqələndirilməsinə də rast gəlinir. Ərəb dilindən tərcümədə şad, şən, sevincli, fərəhli mənasını ifadə etdiyi göstərilir. Əmrah şəxs adının ərəb mənşəli olması daha inandırıcı görünür. Adın daşıyıcılarından ustad Aşıq Əmrah (1914-1987) Azərbaycanın görkəmli sənətkarlarındandır. Tanınmış saz ustası tədqiqatçılara məlum olan 72 saz havasını inkişaf etdirib təkmilləşdirərək onların sayını 81-ə çatdırmısdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiansar sözündəndir.
Ərəb dilindən hərfi tərcümədə köməkçilər, yardımçılar mənasındadır. Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar şəxs adları sırasında olan Ənsər kişi adı mədinəli müsəlmanlar anlamını ifadə edir. Rəvayətə görə, Mədinəyə mühacirət edən məkkəlilərə yardım edən müsəlmanlara ənsar deyirmişlər. Sonradan müstəqil kişi adı kimi formalaşmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətianvar (əslində anvar) nur (bax: NUR) sözünün cəmindən olub, daha çox işıqlı, daha parlaq, çox nurlu anlamlarını ifadə edir.
XX əsrdə məişətimizdə geniş yayılmış adlardan olsa da, bu gün artıq unudulmaqda olan adlardan hesab edilir desək, yəqin ki, yanılmarıq. Adın daşıyıcılarından I Qarabağ döyüşlərindəki şücaətinə görə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adına layiq görülmüş Ənvər Arazov (1953-1992) Ağdərə uğrunda gedən qanlı döyüşlərdə başçılıq etdiyi dəstənin üzvlərini qəddar düşmənin mühasirəsindən çıxarmağa müvəffəq olsa da, özü qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiar sözü Azərbaycan dilində də əsasən bir neçə mənada işlənir: 1. Sözündə möhkəm, mərd; qəhrəman, igid, qoçaq; 2. Arvadın qanuni və məhrəm yoldaşı olan kişi, zövc; 3. Kişi, həddi-büluğa çatmış adam; 4. Qəhrəman, igid, qoçaq, mərd, sözündə möhkəm, sözündə bütöv; 5. Əsgər.
Ümumiyyətlə, türk xalqlarının antroponimik vahidlər sistemində bəzi mürəkkəb kişi adlarının əvvəlində, bəzilərinin isə sonunda işlənən ər sözü əsasən igid, qoçaq, mərd anlamındadır. Məsələn, Ərşad (bax: ad – ƏRŞAD), Ərtoğrul (bax: ad – ƏRTOĞRUL), İlkər (bax: ad – İLKƏR) və s.
Azərbaycan şəxs adlarının izahlı lüğətiarat (əslində arat) sözü türk dillərində iki mənada işlənmişdir: 1. Kişilər, ərlər, hərbçilər, əsgərlər; 2. Cəsarətli, cəsur, qorxmaz, bacarıqlı.
Əslində sözün hər iki anlamı bir-biri ilə əlaqədardır. Sözün birinci mənasında kişilik, ərlik daha çox xüsusiyyət ifadə edir. Bu da sözün ikinci, cəsurluq, qorxmazlıq, bacarıqlılıq ifadələri ilə əlaqəlidir. Ərat kişi adı sözün birinci, yəni kişilər, ərlər, hərbçilər, əsgərlər mənası ilə əlaqədardır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiÖn Asiyada və Şimali Afrikada yaşayan sami dilləri qrupuna daxil olan xalqın adındandır.
Bu xalqa mənsub adam dilimizdə ərəb adlanır. Tarixdən məlum olduğu kimi, VII əsrdən ərəb işğallarının başlanması ilə əlaqədar Xilafətin tərkibinə daxil olan ərazilərə, Azərbaycana xeyli ərəb köçürülmüşdür. Mənbələrdə belə məlumatlara da rast gəlinir ki, təkcə xəzər-ərəb müharibələri dövründə Hişam ibn Mərvan 731-ci ildə şimal sərhədlərini qorumaq üçün Azərbaycanda Şam (Suriya) şəhərindən gəlmiş qırx min ərəb ailəsi yerləşdirmişdi. Sonrakı mərhələdə ərəblərin Azərbaycana kütləvi köçürülməsinə başlanılmışdı. Bu dövrdən etibarən məşətimizdə ərəb mənşəli antroponimlər, toponimlər də yayılmağa başlamışdı. Beləliklə, ərəb etnonimi də məişətimizə kişi adı kimi daxil olmuşdur. Ərəb Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olub, yalnız soyadlarda yaşayan kişi adlarındandır. Bu gün Azərbaycanda Ərəbov, Ərəbli soyadlarına kifayət qədər rast gəlinir. Bu da çox da uzaq olmayan keçmişdə Ərəb adının populyar olduğuna dəlalət edir. Azərbaycan ərazisində ərəb etnonimi ilə əlaqədar Ərəb, Ərəbxan, Ərəblər, Ərəbocağı və s. toponimlər də məlumdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiaristos sözündən olub, əla, yaxşı, çox yaxşı, lap yaxşı anlamlarını ifadə edir.
Məlum olduğu kimi, Qədim Yunanıstanın ən məşhur filosofları arasında özünəməxsus yeri olan Aristotelin (m.ə.384-322) ərəb dünyasındakı adıdır. Aristotel sonrakı əsrlərdə “antik dünyanın Hegeli” adını qazanmış, qədim dünyanın ən böyük filosofudur. Ərəb dilinin fonetik sisteminin qayda- qanunlarına əsasən, Aristotel yazıda Ərəstu kimi formalaşmışdır. Dilimizdə səsartımı hadisəsi nəticəsində bu gün ad Ərəstun formasındadır. Aristotel dövrünün məlum elmlərini sistemləşdirməyə müvəffəq olmuş alimdir. Fəlsəfə sahəsində xüsusi xidətləri olmuş, dialektik təfəkkürün bir sıra əsas formalarını araşdırmışdır. Bədii ədəbiyyatda Aristotel obrazına hələ XII əsrdə N.Gəncəvinin məşhur “İsgəndərnamə” əsərində İsgəndərin müəllimi kimi rast gəlinir. Azərbaycan antroponimikasında antik dövrün filosoflarından Platon, ərəb biçimində Əflatun (bax: ad – ƏFLATUN), Sokratın (bax: ad – SOKRAT) da adlarına rast gəlinir. Ərəstun adı məişətimizdə genişyayılmış kişi adlarındandır. Adın daşıyıcıları arasında I Qarabağ müharibəsində Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adına layiq görülmüş Ərəstun Məcidov (1957-1992) ali təhsilli mütəxəssis kimi Azərbaycan Hava Yollarında çalışırdı. Müharibə zamanı Ermənistanla həmsərhəd rayonlarda döyüş əməliyyatı keçirən heyətin tərkibinə daxil edilmişdi. 1992-ci il yanvarın 28-də Ağdam və Şuşa xətti ilə dinc əhalini daşıyan bort-mexanik olduğu vertolyot amansız düşmən tərəfindən raketlə vurulmuşdur. Əhali də, bütün heyət də həlak olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən ar və müasir Azərbaycan dilində yarımmüstəqil feil kimi işlənən ol (olmaq) feilinin kök hissəsinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Ərol kişi adı igid ər ol anlamındadır. Türk antroponimik vahidlər sistemində mövcud Ərol/Erol bu gün məişətimizdə az təsadüf olunan şəxs adları sırasına daxildir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən ar sözü və arxaikləşmiş çad titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Ərşad (bax: ad – ƏR; ŞAD) kişi adı yetkin olan (igid), daha doğru yol tutan igid mənalarındadır. Adın təhrif olunmuş forması İrşad da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən ar sözü və Toğrul adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Türk xalqlarının antroponimik vahidlər sistemində Erdoğrul, Ertuğrul formasında geniş yayılmış, dilimizdə Ərtoğrul şəklindədir. Ərtoğrul (bax: ad – ƏR; TOĞRUL) kişi adı igid, cəsur, qüdrətli, güclü anlamlarını ifadə edir. Osmanlı dövlətinin qurucusu Osman bəyin atasının adı da Ərtoğrul olmuşdur. Adın daşıyıcılarından Azərbaycanın görkəmli yazıçılarından olan H.Cavidin oğlu Ərtoğrul Böyük Vətən müharibəsində (1941-1945-ci illər) həlak olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti