Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ƏFLATUN yunan.

platus sözündəndir. Dilimizə tərcümədə kök, enlikürək, dolu bədənli anlamındadır. Məcazi mənada bacarıqlı filosof və hakim, loğman, mahir həkim mənalarında işlənir. Danışıq dilində bəzən çoxbilmiş, hiyləgər, tədbirli mənasında da işlənir.

 

Klassik ədəbiyyatımızda antik dövrün görkəmli filosoflarından olan Platonun (m.ə. 428-348) adının ərəbcələşdirilmiş forması olub, bacarıqlı həkim, loğman, filosof, alim anlamındadır. Məlum olduğu kimi, ərəblərdə p səsi olmadığından Platon antroponimi ərəbləşdirilmiş, Əflatun şəklinə düşmüşdür. Adı Şərqdə Əflatun kimi tanınmış yunan filosofu Platon antik dövrdə idealizmin yaradıcısı kimi məşhur şəxsiyyət olmuşdur. Azərbaycan antroponimikasına XX əsrin otuzuncu illərindən daxil olmuş kişi adlarındandır. Məişətimizdə geniş yayılmış Əflatun adının daşıyıcıları əsasən orta və yaşlı nəslin nümayəndələridir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti