mürəkkəb adların tərkibində işlənən Əhməd və azərb. arxaikləşmiş xan titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Əhmədxan (bax: ad – ƏHMƏD; XAN) kişi adı Əhməd xan anlamındadır. Azərbaycan ərazisində Əhmədxan adı ilə əlaqədar yer adları da məlumdur. Şamaxı bölgəsində dağ adıdır. Dağın adı keçmişdə Əhmədxan yaylağı (Əhmədxan adlı birisinin yaylaq yeri) olmuşdur. Dağda Əhmədxan çadırı deyilən yer də mövcuddur. Azərbaycan musiqisi tarixində özünəməxsus izlər qoymuş görkəmli musiqiçi, tarzən Əhmədxan Bakıxanovun adı xalq arasında bu gün də ehtiramla xatırlanır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiahmadiyya sözündəndir, dilimizdə İslam dininə aid, müsəlman olan, İslam anlamlarını ifadə edir.
Əhmədiyyə (bax: ad – ƏHMƏD) kişi adı müsəlman olan (adam), tərifə layiq olmaqla əlaqədardır. Adın daşıyıcılarından İkinci Dünya müharibəsinin iştirakçısı, partizan dəstələrində qəhrəmanlıqla döyüşmüş, Fransa Müqavimət hərəkatının görkəmli nümayəndələrindən biri Əhmədiyyə Cəbrayılov (1920-1994) “Armed Mişel”, “Ryus Armed”, “Хаrqo” və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmişdir. Fransanın bir sıra orden və medalları ilə, o cümlədən Fəxri Legion ordeni ilə təltif olunmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiahsan sözü dilimizdə tərif ifadə etmək məqsədilə işlənir.
Türk antroponimik vahidlər sistemində mövcud Əhsən kişi adı çox gözəl, çox qəşəng, ən yaxşı, ən gözəl, afərin, bərəkallah anlamlarını ifadə edir. Ailədə övladın dünyaya gəlişindən sevinən valideynlər, yaxınlar, ailə üzvləri övladın dünyaya gəlişini alqışlmış, tərif etmişlər. XX əsrin ortalarına qədər məişətimizdə geniş yayılmış Əhsən kişi adı bu gün artıq unudulmaqda olan şəxs adlarındandır
Azərbaycan şəxs adlarının izahlı lüğətiajdar (əslində ejdarha) sözündəndir. Azərbaycan dilinə tərcümədə əjdaha deməkdir.
Əjdaha sözünü eşidən kimi gözlərimiz qarşısında çox kiçik yaşlarından nağıllardan, dastanlardan tanıdığımız ilanabənzər, lakin dörd ayağı, həm də qanadları olan, ağzından od püskürən, həmişə insanların istifadə etdiyi suların qarşısını kəsib onlara zülm edən, bəzən də bir neçə başı olan mifik obraz canlanır. Vahiməli, heybətli, qüvvətli, qorxmaz kimi məcazi mənaları da vardır. Əjdər kişi adı da sözün məcazi mənaları ilə əlaqədardır. Azərbaycan ərazisində mifik obrazın adı ilə əlaqədar bir sıra toponimlər də mifik obrazın adı ilə adlandırılmışdır. Məsələn, Şərur bölgəsində Əjdaha dağı, Qubadlı və Kəlbəcər bölgəsində görkəminə görə mifik varlığa bənzədilərək Əjdaha qayası adlandırılan qaya mövcuddur. Laçın bölgəsində adı mifik zoonim əsasında formalaşmış Əjdaha yalı, Əjdaha kahası adlanan coğrafi obyektlər də vardır.
Adın məşhur daşıyıcılarından biri də Hacı Əjdər bəy Aşurbəyovdur (1858-1923). Xeyriyyəçi iş adamı həm də “Göy məscid “ kimi tanınan möhtəşəm binanın əsasını qoyanlardan biri olmuşdur. Bu səbəbdən məscid uzun müddət “Əjdər bəy məscidi” adlanmışdır. Neft mədənlərinin sahibi Əjdər bəy on ildən çox Bakı Şəhər Dumasının üzvü olmuş, şəhərin ictimai-siyasi həyatında fəal iştirak etmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiakbar sözü dilimizdə daha böyük, çox əhəmiyyətli, ən mühüm, çox böyük, ulu mənasını ifadə edir.
Sovet dövründə rəsmi sənədlərdə Əkbər adı verilən körpələrin adı bəzən təhrif olunaraq Əkpər kimi də yazılmışdı. Adın təhrif olunmuş forması Əkpər də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. XX əsrdə məişətimizdə Əkbər adı geniş yayılmış kişi adları sırasında olsa da, bu gün bunu demək olmaz. Əkbər kişi adı böyük, ulu mənasındadır, həmçinin yaşca böyüklüyü bildirir. Adın qadın variantı Kübradır (bax: ad – KÜBRA). Ölkəmizdə Əkbər adları ilə bağlı toponimlər də mövcuddur. Məsələn, Azərbaycanın cənub bölgələrindən olan Astarada kəndlərdən birinin adı “Əkbərə məxsus məhəllə, yer” anlamını ifadə edən Əkbərməhlədir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiakram sözündəndir. Azərbaycan dilinə tərcümədə kərəmi çox olan, comərd, kəramətli, alicənab, səxavətli, mərhəmətli mənasındadır.
Əkrəm adı Azərbaycanda yalnız kişi adı olsa da, İranda qadın adıdır, türk xalqlarının əksəriyyətində müştərək şəxs adları sırasındadır. Bu gün gənc nəsil arasında bu ada, demək olar ki, rast gəlinmir. Məişətimizdə dəbdən düşmüş şəxs adlarındandır. Adın daşıyıcılarından dilçi, ədəbiyyatşünas, müəllim Əkrəm Cəfər (1905–1991) təkcə elm tarixinə deyil, ədəbi aləmə də əruzşünas alim kimi daxil olmuşdur. Filologiya elmləri doktoru, professor Əkrəm Cəfərin 20 illik gərgin axtarışlarının məhsulu olan, əruz elminin “Quran”ı adlandırılan “Əruzun nəzəri əsasları və Azərbaycan əruzu (ərəb, fars, tacik, türk və özbək əruzları ilə müqayisədə)” ensiklopedik monoqrafiyası əruzşünaslıqda bugünədək analoqu olmayan bir əsər kimi qiymətləndirilir. Alim, əlbəttə, bu elmi traktatı ilə müqayisəli əruzşünaslıq elminin (yəni altı xalqın poetikası) binasının özülünü qoyaraq, Azərbaycan milli əruzşünaslıq məktəbini yaratmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətialamat sözündəndir. Müasir Azərbaycan dilində əlamət sözü bir neçə mənada işlənir: 1. Bir şeyin bilinməsinə, müəyyən edilməsinə vasitə olan işarə, nişanə; 2. İz, əsər, qalıq; 3. Rəmz, ifadə, işarə. Danışıqda məcazi mənada görünməmiş, fövqəladə, tayı-bərabəri olmayan mənasında da işlədilir.
Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Əlamət adı iz, əsər, qalıqdır. Məlum olduğu kimi, azərbaycanlı ailələrdə övlada həm də nəslin daşıyıcısı, davamçısı kimi baxıldığından uşağın dünyaya gəlməsi həm də nəsildən qalan iz, nişanə, əlamət kimi qiymətləndirilir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiƏladdin (əslində ali ad-din) İslam dini ilə əlaqədar antroponimlərdəndir. Dilimizə tərcüməsi dini yüksəltməyə çalışan, ali din, din üçündür.
İslam dinində -addin sonluğu ilə bitən adların qoyulması tövsiyə edilməsə də, Ələddin adı Şərqdə geniş yayılmış kişi adlarındandır. XX əsrdə məişətimizdə geniş yayılmış kişi adlarından olmuşdr. Bu gün adın daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Əli və Əkbar adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Əliəkbər (bax: ad – ƏLİ; ƏKBƏR) kişi adı ən ali, ən böyük, çox ali olan anlamlarındadır.
Dilimizin fonetik qanunlarına əsasən, iki sözün birləşməsindən (birinci söz saitlə bitib, ikinci söz saitlə başlayarsa) əmələ gələn adlarda yanaşı gələn saitlərdən birinin düşməsi nəticəsində Əliəkbər adı bu gün Ələkbər formasındadır. Adın təhrif olunmuş Ələkpər forması da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətialam sözü müasir Azərbaycan dilində bayraq, ələm, əlamət, işarə anlamlarını ifadə edir.
Bəzi mənbələrdə Əl’əm sözündən olduğu və daha elmli mənasını ifadə etməsi barədə məlumatlara rast gəlinir. Bu mülahizələr, fikrimizcə, daha inandırıcı görünür. XX əsrin ortalarına qədər məişətimizdə geniş yayılmış Ələm kişi adı bu gün köhnəlmiş adlar sırasındadır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Ələm bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti