alam sözü müasir Azərbaycan dilində bayraq, ələm, əlamət, işarə anlamlarını ifadə edir.
Bəzi mənbələrdə Əl’əm sözündən olduğu və daha elmli mənasını ifadə etməsi barədə məlumatlara rast gəlinir. Bu mülahizələr, fikrimizcə, daha inandırıcı görünür. XX əsrin ortalarına qədər məişətimizdə geniş yayılmış Ələm kişi adı bu gün köhnəlmiş adlar sırasındadır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Ələm bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti