Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ƏKBƏR ərəb.

akbar sözü dilimizdə daha böyük, çox əhəmiyyətli, ən mühüm, çox böyük, ulu mənasını ifadə edir.

Sovet dövründə rəsmi sənədlərdə Əkbər adı verilən körpələrin adı bəzən təhrif olunaraq  Əkpər kimi də yazılmışdı. Adın təhrif olunmuş forması Əkpər də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. XX əsrdə məişətimizdə Əkbər adı geniş yayılmış kişi adları sırasında olsa da, bu gün bunu demək olmaz. Əkbər kişi adı böyük, ulu mənasındadır, həmçinin yaşca böyüklüyü bildirir. Adın qadın variantı Kübradır (bax: ad – KÜBRA). Ölkəmizdə Əkbər adları ilə bağlı toponimlər də mövcuddur. Məsələn, Azərbaycanın cənub bölgələrindən olan Astarada kəndlərdən birinin adı “Əkbərə məxsus məhəllə, yer” anlamını ifadə edən Əkbərməhlədir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti