abu sözü və Bakr adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Sonradan dilimizin qrammatik qaydalarına uyğun dəyişərək Əbubəkir şəklinə düşmüşdür. Əbubəkir (bax: ad – ƏBU; BƏKİR) kişi adı Bəkirin atası anlamını ifadə edir.
Qızıl Arslanın qardaşı oğlu, Məhəmməd Cahan Pəhləvanın oğlunun adı Əbubəkir olmuşdur. Məhəmməd Peyğəmbərin xanımı Ayişənin atası Əbubəkr olmuşdur. Məhəmməd Peyğəmbərdən sonra 632–634-cü illərdə xəlifəlik etmişdir. İslam dinində məşhur dörd xəlifədən birincisidir. Dini ədəbiyyatdan məlum olduğu kimi, Məhəmmədin çox yaxın məsləkdaşlarından olan Əbubəkr Məkkədə varlı bir tacir olmuşdir. 622-ci ildə Məhəmməd Peyğəmbərlə birlikdə Məkkədən Mədinəyə gəlmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiabu-sat sözündən olub, Sədin oğlu deməkdir.
Məlum olduğu kimi, Sədbin Əbi Vəqqas İslamda ilk mühacirlərdən olmuş və Bədr müharibəsində iştirak etmişdir. Ömər ibn Xəttabın xilafət üçün təyin etdiyi altı namizəddən biri olmuşdur. Əbusəd İslam dinində ilk böyük səhabə və ilk iman gətirənlərdən biridir. İslam dininə görə, Behişt müjdəsi verilən ilk on nəfərdən biri də Əbusəd olmuşdur. Bəzi lüğətlərdə din yolunu tutan, mömin bəndə kimi izah edilir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiacam sözündəndir. Dilimizdə köhnəlmiş sözlərdən hesab edilən acam sözü bir neçə anlam ifadə edir. Keçmişdə ərəb olmayan xalqlara və onların nümayəndələrinə, xüsusən də İran əhalisinə aid edilənlərə, iranlılara verilən ad olmuşdur. Bir vaxtlar İran sözünün əvəzinə işlənmişdir. Əcəmi kişi adı yaradıcılığı XII əsrdə qüdrətli Azərbaycan Atabəylər dövlətinin paytaxtı Naxçıvanla bağlı olan məşhur memar Əcəmi Naxçıvaninin adındandır.
Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi orta əsr Azərbaycan memarlığına yeni istiqamət vermiş, öz sənət üslubu ilə Səlcuqilər dövrü memarlığının nisbətən ağır və sərt üslubuna incəlik və dinamiklik gətirmiş, ümumiyyətlə, Yaxın Şərq memarlığına güclü təsir göstərmişdir. Onun yaratdığı ilk məlum abidə Yusif ibn Küseyir türbəsidir. Memar 1186-cı ildə Naxçıvanın qərb hissəsində İslam aləmində ən hündür və incə kompozisiyalı türbələrdən sayılan Mömünə xatun türbəsini ucaltmışdır. “Atabəy günbəzi” adı ilə məşhur türbə Atabəy Şəmsəddin Eldənizin arvadı, Məhəmməd Cahan Pəhləvanın anası Mömünə xatunun şərəfinə tikilmişdir. Şərqin böyük dühaları Əcəmiyə “Şeyxülmühəndis” (mühəndislərin başçısı) fəxri adı vermişdilər.
Azərbaycan şəxs adlarının izahlı lüğətiadalat sözü dilimizdə haqq və düzgünlük prinsiplərinə riayət, insaf, mürüvvət, əxlaq, eləcə də hüquqi baxımdan doğruluq, haqq işinə riayət, insaf və vicdanla hərəkət anlamlarını ifadə edir.
Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Ədalət məişətimizdə geniş yayılmış kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiMəlum olduğu kimi, türk antroponimik vahidlər sistemində ərəb dilindən alınma şəxs adları arasında -ad-din (din mənasında) sonluğu ilə bitən kifayət qədər kişi adı mövcuddur. Bu qəbildən olan şəxs adları İslam dini ilə əlaqədar, bir növ, mədhiyyə, tərif məzmunludur.
Məsələn, Afiyəddin (dinin gücü, qüvvəti), Nurəddin (dinin nuru), Ziyəddin (dinin ziyası), Səlahəddin (dinin asayişi) və s. Əslində İslam dinində belə adların qoyulması qəti qadağan olunmasa da, məkruh (arzuolunmaz) hesab edilir. İslam dininə görə, dünyaya gələn oğlanlara bu cür adların verilməsi ona görə arzuolunmazdır ki, gələcəkdə adın daşıyıcılarının bu ada layiq olub-olmayacağı sual altında olur. Başqa sözlə, onlar adın ifadə etdiyi mənaya layiq olmaya da bilərlər. Məsələn, Nəsrəddin (dinin tərəfdarı, etiqadın qələbəsi mənasındadır) adı qoyulmuş uşaq gələcəkdə hətta dinin əleyhinə təbliğata rəhbərlik edə bilər. Məhz bu səbəbdən İslam dinində ...əd-din sonluğu ilə bitən adlar qoymaqdan çəkinmək məsləhət görülmüşdür. Lakin Şərq ölkələrində olduğu kimi, Azərbaycanda da bu qəbildən olan adlar kifayət qədərdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiadib sözü Azərbaycan dilində iki mənada işlənir: 1. Yazıçı, nasir; 2. Ədəbli, tərbiyəli. Bu gün artıq təsadüfi hallarda rast gəlinən Ədib şəxs adı ədəbli, tərbiyəli (olan) anlamındadır. Adın təhrif olunmuş forması Edib də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti