bakr sözü cavan dəvə, erkək dəvə, dəvə balası, nər anlamlarını ifadə edir.
Adın məhz Bəkr olduğu Əbubəkr (bax: ad – ƏBUBƏKR) mürəkkəb adında xüsusilə aydın görünür. Bəbir kişi adı kimi (bax: ad – BƏBİR), Bəkir də dilimizin fonetik qanunlarına uyğun dəyişmiş, Bəkir şəklinə düşmüşdür. Bəkir Şərq məişətində çox qədim adlardandır. Ərəb ailələrində yeni doğulmuş oğlan uşağına dəvə adı qoyulması, yəqin ki, elə də təəccüb doğurmur, çünki ömrü səhralarda, qızmar günəş altında keçən bədəvi ərəb üçün dəvədən əziz, məlumdur ki, heç bir şey ola bilməzdi. Bir məsələni də qeyd etmək yerinə düşərdi ki, Bəkir şəxs adı əvvəllər əsasən sünnilər arasında geniş yayılmışdı. Bu da Məhəmməddən sonra ilk xəlifə və peyğəmbərin qayınatası (Ayişənin atası) Əbubəkrlə əlaqədar idi. Şiələr Məhəmməd ilə Əli arasındakı xəlifələrə o qədər də rəğbət bəsləmədiyindən hazırda müasir şəxs adı olaraq Əbubəkrdən daha çox Bəkir adı geniş yayılmışdır. Nədənsə bəzi lüğətlərdə Bəkir adı Bakir adı ilə eyniləşdirilir. Fərqli mənası olan antroponimlərdir. Adın daşıyıcıları arasında ədəbiyyatşünas, şair, dilçi, mətnşünas, filologiya elmlər doktoru, professor Bəkir Çobanzadə (18931938) repressiyaya məruz qalmış ziyalılarımızdandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti