fateh sözü müasir Azərbaycan dilində ümumilək sözlərdən olub, əsasən iki mənada işlənir: 1. Fəth edən, açan, başlayan, tutan, işğal edən, işğalçı, zəbt edən, bir ölkəni, şəhəri, məmləkəti və ya qalanı ələ keçirən adam; 2. Mübarizə, inad, böyük zəhmət və s. yolu ilə bir şeyi əldə edən, bir şeyə nail olan.
Məlum oduğu kimi, bəşəriyyət tarixinə fateh kimi daxil olan şəxsiyyətlər vardır. Məsələn, müsəlman Şərqində Makedoniyalı İsgəndər kimi tanınan fateh Böyük İsgəndər, 1444-1446 və 1451-1481-ci illərdə Osmanlı imperiyasının sultanı olmuş fateh II Məhəmməd və b. Osmanlı xəlifəsi Sultan II Məhəmməd İstanbulu iyirmi yaşında fəth etmişdi. Bu səbəbdən də ona Fateh təxəllüsü verilmişdi. XX əsrdə məişətimizdə geniş yayılmış Fateh bu gün artıq unudulmaqda olan şəxs adları sırasındadır. Bu gün Türkiyədə dəbdə olan Fateh kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti